Ötən gecə baş vermiş avtobus qəzasının görüntüləri - VİDEO

Trend  bildirir ki, 119 saylı xətt marşrutu üzrə hərəkətdə olan 10-TG-174 dövlət qeydiyyat nişanlı avtobusun aşması nəticəsində avtobusda olan şəxslərdən 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Daha sonra həmin şəxslərdən 6-si yüngül xəsarətlər aldığından öz xahişləri ilə ambulator müalicəyə göndəriliblər, yaralılardan 1 nəfər qadın, 1951-ci il təvəllüdlü Hüseynova Mehriban Tağı qızının isə vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, BNA-nin yaydığı məlumata görə, qəzaya ilkin səbəb minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması olub. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacağı bildirilib.

Videonu izləmək üçün şəklə klikləyin:
Ötən gecə baş vermiş avtobus qəzasının görüntüləri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31