Bakı metrosunda oğlan qızı vurub qatardan platformaya saldı
7 Dekabr 2018 20:18 SosialDünən metronun Nizami stansiyasında sərnişinlər arasında dava olub.
Bu barədə oxu.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O, bildirib ki, hadisə dünən axşam saatlarında qeydə alınıb:
"Metronun Nizami stansiyasında bir oğlan qızı vuraraq qatardan platformaya itələyib. Hadisənin təfərrüatı barədə məlumatımız yoxdur. Hadisə zamanı polis əməkdaşları vəziyyətə müdaxilə edib. Şikayət səbəbindən hadisənin görüntüləri əsasında polis bu məsələni araşdırır. Araşdırma bitdikdən sonra yekun açıqlama veriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31