Ümummilli lider Heydər Əliyevin 15-ci anım gününə həsr olunmuş viktorina keçiriləcək

10 dekabr 2018-ci il tarixində saat 11:00-da Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə Milli Azərbaycan Tarixi Muzeyi Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkili ilə Ümummilli lider Heydər Əliyevin

10 dekabr 2018-ci il tarixində saat 11:00-da Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə Milli Azərbaycan Tarixi Muzeyi Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkili ilə Ümummilli lider Heydər Əliyevin 15-ci anım gününə həsr olunmuş siniflərarası viktorina keçiriləcək.

Olaylar.az xəbər verir ki, Azərbaycanın zəngin tarixinin öyrənilməsi və maarifləndirici yarışlara marağın artırılması məqsədilə təşkil olunmuş intelektual yarışda 

Məktəbin şagirdlərindən ibarət "Atabəylər", "Şirvanşahlar" və 

"Səfəvilər" komandaları iştirak edəcək.

Viktorinanın sualları Muzeyin aparıcı elmi işçisi, t.ü.f.d. Bəhman 

Kərimov tərəfindən orta məktəblərin "Azərbaycan tarixi" fənni proqramına 

uyğun olaraq hazırlanmışdır. İştrakçılara təqdim olunan suallar 

monitorda slayd vasitəsilə müşaiyət olunacaq və "Tarix və hadisələr", 

"Tarixdə şəxsiyyətlər", "Şəhərlər və abidələr", "Ulu öndər və 

Azərbaycan" mövzularını əhatə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31