Bağban həyətindən civə tapdı
Bakı şəhər sakini B.Əliyev tapdığı 1 ədəd alışqansız “F-1” qumbarası və şüşə qabın içində çəkisi 1,1 kq olan ağ civəni təhvil verib.
7 Dekabr 2018 16:57 SosialBakı şəhər sakini B.Əliyev tapdığı 1 ədəd alışqansız "F-1" qumbarası və şüşə qabın içində çəkisi 1,1 kq olan ağ civəni təhvil verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, dekabrın 6-da Bakı şəhər sakini B.Əliyev Binəqədi rayonu ərazisində bağban işlədiyi həyətdə qazıntı işləri apararkən orada torpağa basdırılmış sellofan paketin içərisində 1 ədəd alışqansız "F-1" qumbarası və şüşə qabın içində çəkisi 1 kiloqram 100 qram olan ağ civə taparaq 5-ci Polis Bölməsinə təhvil vermişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31