Cümhuriyyət tarixinə həsr olunan yarış
Azərbaycan Respublikasının Prezidenti yannda Bilik Fondunun Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan və Bakı Qızlar universitetlərinin tələbələrindən ibarət “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvlərinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Fondda təcrübə keçən tələbələrinin iştirakı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda bilik yarışı keçirilib.
7 Dekabr 2018 16:14 SosialAzərbaycan Respublikasının Prezidenti yannda Bilik Fondunun Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan və Bakı Qızlar universitetlərinin tələbələrindən ibarət "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvlərinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Fondda təcrübə keçən tələbələrinin iştirakı ilə "Azərbaycan Xalq Cümhuriyyəti - 100" mövzusunda bilik yarışı keçirilib.
Olaylar.az bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxanasında baş tutan yarışdan öncə gənclər alimlər və Fondun əməkdaşları ilə görüşüblər.Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla tədbiri açaraq, ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi" və 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı sərəncamları xatırladıb.
Görüşdə Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərlinin ""Cümhuriyyət İli" bizə nə verdi?" mövzusunda mühazirəsi dinlənilib. Fondun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Elnarə Əliyeva "Tariximizi öyrənək və öyrədək" Klubunun fəaliyyəti barədə geniş məlumat verib.
Çıxışlardan sonra yarış başlayıb. Yarışda Klub üzvləri olan universitet tələbələrindən və təcrübəçilərdən ibarət 5 komanda iştirak edib. Onlar verilən sualları operativ cavablandırıblar.
Münsiflər heyətinin qərarı ilə Bakı Dövlət Universiteti və Azərbaycan Universitetinin komandaları 1-ci, Bakı Qızlar Universitetinin komandası 2-ci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası 3-cü yerə layiq görülüb.