“Multikultural ənənələri dəyərləndirək” çərçivəsində konsert proqramı keçirildi

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestri “Multikultural ənənələri dəyərləndirək” çərçivəsində konsert proqramı ilə çıxış edib.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestri "Multikultural ənənələri dəyərləndirək" çərçivəsində konsert proqramı ilə çıxış edib.

Olaylar.az xəbər verir ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestrı Kamera və Orqan musiqi zalında "Multikultural ənənələri dəyərləndirək" çərçivəsində konsert proqramı ilə çıxış etdi. Orkestrının bədii rəhbər və baş dirijoru Azərbaycan Respublikasının xalq artisti Ağaverdi Paşayev idi. Proqram rəngarəng, zəngin repertuarı ilə seçilirdi. Belə ki, Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestrı və solistlər həm Azərbaycan, həm rus, eləcə də qərbi-avropa bəstəkarlarından tanınmış əsərləri səsləndiriblər.

Proqramda milli alətlərlə (balaban, zurna, kamaça, saz) birlikdə avropa alətlərinin (qaboy, truba) də istifadəsi multikultural dəyərlərin ölkəmizdə olan inkişafından deməyə əsas verir.

Proqram H.Rzayevin "Cahargah rapsodiyası" ilə tamamlandı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31