SABAH qruplarının rəhbəri beynəlxalq mükafat qazandı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova Beynəlxalq Teatr Mükafatı təqdim olunub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova Beynəlxalq Teatr Mükafatı təqdim olunub.

Olaylar.az bildirir ki, İstanbulda "Tiyatro" qəzeti tərəfindən təşkil edilən 5-ci Anadolu Teatr mükafatlarının təqdimetmə mərasiminə qatılıb. Böyükxanım Məmmədbəyovaya Azərbaycanda teatr təhsili sahəsindəki fəaliyyətinə görə Beynəlxalq Teatr Mükafatına layiq görülüb.

"Tiyatro" qəzeti bu il yaxşı mənada, ayrıseçkilik edərək, bütün kateqoriyalar üzrə mükafatları qadın sənətçilərə təqdim edib. Məqsəd isə qadınlarla bağlı bütün müsbət və mənfi hadisələrin bir daha ictimaiyyətin diqqətinə çatdırılması, qadın əməyinin dəyərləndirilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31