Bakı Amerika Mərkəzində açılış mərasimi
Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Vilyam Gil ilə görüşüb. Olaylar.az bildirir ki, rektor K.Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu söyləyib. Rektor Amerikanın sabiq prezidenti Corc Buşun vəfatından kədərləndiyini bildirib və dərin hüznlə başsağlığı verib. K.Abdulla deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Amerikanın demokratik münasibətlərə qədəm qoymasının məhz iki böyük prezidentin- Heydər Əliyev və Corc Buşun adı ilə bağlı olduğunu daim qeyd edib.
7 Dekabr 2018 13:42 SosialAzərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Vilyam Gil ilə görüşüb. Olaylar.az bildirir ki, rektor K.Abdulla qonağı universitetdə görməkdən məmnun olduğunu söyləyib. Rektor Amerikanın sabiq prezidenti Corc Buşun vəfatından kədərləndiyini bildirib və dərin hüznlə başsağlığı verib. K.Abdulla deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Amerikanın demokratik münasibətlərə qədəm qoymasının məhz iki böyük prezidentin- Heydər Əliyev və Corc Buşun adı ilə bağlı olduğunu daim qeyd edib.
V.Gil səmimi qəbula görə minnətdarlığını ifadə edib. Qonaq Azərbaycan və ABŞ arasında mədəniyyət, təhsil və digər sahələr üzrə davamlı və uzunmüddətli əlaqələrin mövcud olduğunu söyləyib. Bakı Amerika Mərkəzinin təmirdən sonra yenidən istifadəyə verilməsindən şad olduğunu deyən V.Gil mərkəzin fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsində bariz nümunə olduğunu söyləyib. Sonra Bakı Amerika Mərkəzinin əsaslı təmirdən sonra yenidən açılış mərasimi keçirilib. Daha sonra Azərbaycanın Bakı, Gəncə, Xaçmaz, Salyan, Kürdəmir ərazilərində yerləşən Amerika Mərkəzləri haqqında məlumatların əks olunduğu americancorners.az saytının təqdimatı olub.