Uşaqlarımız dərsdən sonra...
Dünya praktikasında şagirdlərin əqli inkişafları üçün məktəblərin nəzdində müəyyən dərnəklər fəaliyyət göstərir. Rəqs, rəsm, idmanın müəyyən sahələrini əks etdirən dərnəklər həm uşaqların asudə zamanlarının səmərəli keçirmək üçün böyük əhəmiyyətə malikdir. Son zamanlar Azərbaycanda fəaliyyət göstərən bir çox özəl təhsil ocaqların bu cür dərnəklər, kurslar fəaliyyət göstərir. Təbii ki, həmin dərnəklərin fəaliyyəti müəyyən məbləq qarşılığında həyat keçirilir. Dövlət nəzdində fəaliyyət göstərən bir çox məktəblərdə təhsil alan şagirdlər bəzən bu imkandan məhrumdurlar. Olaylar.az bununla bağlı araşdırma apararaq təhsil üzrə ekspert, uşaq psixoloqu və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin fikirlərini yayımlayır.
7 Dekabr 2018 13:04 SosialDünya praktikasında şagirdlərin əqli inkişafları üçün məktəblərin nəzdində müəyyən dərnəklər fəaliyyət göstərir. Rəqs, rəsm, idmanın müəyyən sahələrini əks etdirən dərnəklər həm uşaqların asudə zamanlarının səmərəli keçirmək üçün böyük əhəmiyyətə malikdir. Son zamanlar Azərbaycanda fəaliyyət göstərən bir çox özəl təhsil ocaqların bu cür dərnəklər, kurslar fəaliyyət göstərir. Təbii ki, həmin dərnəklərin fəaliyyəti müəyyən məbləq qarşılığında həyat keçirilir. Dövlət nəzdində fəaliyyət göstərən bir çox məktəblərdə təhsil alan şagirdlər bəzən bu imkandan məhrumdurlar. Olaylar.az bununla bağlı araşdırma apararaq təhsil üzrə ekspert, uşaq psixoloqu və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin fikirlərini yayımlayır.
Təhsil üzrə ekspert Kamran Əsədov -bildirir ki, 2017-ci ildə "Ümumtəhsil məktəblərində dərnəklərin təşkili Qaydası"ı təsdiq edilib. Qaydalara əsasən, hәr hansı bir mәktәbdә dәrnәklәr ayrılmış ştat vahidinә (stavkasına) uyğun yaradılır: "Dәrnәklәr tәhsil alanların meyil vә marağı, habelә mәktәbdә müvafiq tәdrismaddi bazanın, pedaqoji kadr tәminatının olması nәzәrә alınmaqla tәşkil edilir. Onlar bir qayda olaraq, fәnn vә incәsәnәt sahәlәri, bәdii vә texniki yaradıcılıq, idman növlәri üzrә yaradılır. Dәrnәklәrin tәşkilindә әsas mәqsәd tәhsilalanların mövcud potensiallarının inkişafı, mәlumatlılıq sәviyyәsinin artırılması üçün lazımi şәraitin yaradılması, tәdris proqramları әsasında qazandıqları bilik vә bacarıqların genişlәndirilmәsi, onlarda yaradıcılıq vә tәtbiqetmә bacarıqlarının formalaşdırılmasından ibarәtdir. Şagirdlәrin könüllülüyü әsasında tәşkil olunan bu vә digәr dәrnәk mәqsәd vә mәzmunundan asılı olaraq, bir, yaxud bir neçә dәrs ili әrzindә fәaliyyәt göstәrә bilәr".
.jpg)
Ekspert qeyd edir ki, dövlәt büdcәsi hesabına maliyyәlәşdirilәn dәrnәklәr ibtidai, ümumi orta vә tam orta tәhsil sәviyyәsindә tәhsil alan şagirdlәrdәn tәşkil edilir: "Hәmin dәrnәklәr komplektlәşdirilәrkәn sinif sәviyyәsindәn asılı olmayaraq şagirdlәrin marağı, istedad vә intellekti nәzәrә alınır. Dәrnәklәr, bir qayda olaraq, 8 nәfәrdәn az olmamaqla komplektlәşdirilir. Hәr hansı bir dәrnәkdә şagirdlәrin maksimum sayı 15 nәfәr müәyyәn edilir, dәrnәk rәhbәri mәktәb direktorunun әmri ilә tәyin vә azad edilir. İdman istiqamәtli dәrnәklәrә cәlb edilmiş şagirdlәr üçün onların sağlamlığı barәdә tibbi arayış tәqdim olunmalıdır. Mәktәbin rәhbәrliyi tәşkil olunan dәrnәklәrin sәmәrәli fәaliyyәti üçün mәsuliyyәt daşıyır. Dәrnәklәrin işinә ümumi rәhbәrlik vә nәzarәt direktor müavinlәrindәn birinin vәzifә bölgüsünә daxil olunur. Dәrnәklәrin dәrs ili (illәri) әrzindәki fәaliyyәti şagirdlәrin cәlb olunduqları dәrnәklәrin tәyinatına uyğun tәdbirlәrdә (sәrgi, müsabiqә, yarış, konsert, olimpiada vә s.) iştirak sәviyyәsinә görә qiymәtlәndirilir. Mәktәbdә büdcә vәsaiti hesabına maliyyәlәşdirilәn dәrnәklәrlә yanaşı, bu "Qayda"dan irәli gәlәn tәlәblәr nәzәrә alınmaqla ödәnişli vә ictimai әsaslarla da dәrnәklәr tәşkil oluna bilәr. Etiraf edək ki, orta məktəblərdə təşkil olunun məşğələ və dərnəklərin səmərəsi haqda müsbət bir söz demək çətindir. Amma sovet dövründə dərsdənkənar dərnəklərin uğurlu nəticələri olurdu. Məktəb direktorları valideyn və şagirdlərin istəyinə uyğun olaraq dərnəklərin profilini müəyyənləşdirirdi".
Kamran Əsədov bildirir ki, hal hazırda təhsil nazirliyinin sistemində 350-dən çox məktəbdənkənar müəssisə fəaliyyət göstərir: "Onların 90-dan çoxu uşaq yaradıcılıq mərkəzidir ki, bu mərkəzlərdə əsasən "Bacarıqlı əllər", "Bədii qiraət", "Rəsm", "Xalçaçılıq", "Dram", "Bədii özfəaliyyət", "Rəqs", "Gənc idmançılar", "Texniki estetika", "Xor", "Ağac üzərində oyma" və sair adlarda dərnəklər təşkil olunur. Siyahı üzrə ölkədə 63 texniki yaradıcılıq mərkəzi, 54 ekoloji tərbiyə və təcrübəçilik mərkəzi, 66 uşaq-gənclər şahmat məktəbi, 10 gənc turistlər və diyarşünaslıq mərkəzi, 95 uşaq idman məktəbi fəaliyyətdədir. Təəsüflər olsun ki, bu mərkəzlərin real fəaliyyəti və həmin fəaliyyətin nəticələri barədə müsbət fikir söyləmək olmur, yəni hazırda dərnəklərin fəaliyyəti formal xarakter daşıyır. Baxmayaraq ki, ştat üzrə onların sayı sovetlər dövründəkindən də çoxdur, amma fəaliyyətləri qənaətbəxş deyil. Məktəblərdə 5, 6 və 7-ci siniflərdə 2 saat, 8 və 9-cu siniflərdə 3, 10 və 11-ci siniflərdə 4 saat əlavə fakültətiv məşğələ və 2 saat dərnəklər təşkil edilirdi. Hazırda fakültətiv məşğələlər maraq kursu adlanır. Amma bu ada rəğmən kurslara maraq göstərən yoxdur. Şagirdlər əlavə repetitor yanına getdikləri üçün yuxarı siniflərdə dərsə davamiyyət çox zəifdir. Dərnəklər demək olar ki, arxivə gömülüb. Müəllimin dərs yükü azdır deyə ona fakültətiv məşğələ və dərnəyə rəhbərlik təyin edilir ki, əməkhaqqı tənzimlənsin. Bu isə doğru yanaşma deyil".
Ekspert hesab edir ki, dərnəklərin fəaliyyətinin gücləndirilməsi üçün məktəblərə nəzarət mexanizmi bərpa olunmalıdır: "Təhsil sisteminin idarə edilməsinin 4 funksiyası var: planlaşdırma, təşkiletmə, rəhbərik və nəzarət. Sovet dövründə təhsil şöbələrinin hamısında inspektorlar vardı və onlar məktəblərdə mütəmadi yoxlamalar aparır, nəzarət həyata keçirirdilər. İndi bu inspektorların funksiyasını dəyişiblər, onlar məsləhətçi rolunu oynayır. Məktəblərə nəzarət funksiyası ləğv edilib. Fikrimcə, məktəblərə nəzarət mexanizminin obyektiv şəkildə bərpa olunması təhsildə bir çox problemlərin aradan qaldırılmasına, o cümlədən dərnəklərin fəaliyyətinin real məzmun almasına imkan yaradar. Bundan başqa məktəbdənkənar müəssisələr üçün yeni proqram hazırlanmalıdır".
Şəms Uşaq İnkişaf Mərkəzinin psixoloqu Afaq Əmirli dərsdən əlavə uşaqların maraqlarına uyğun olaraq müxtəlif dərnəklərdə məşqul olması təqdirə layiq hal adlandırıb: "Çünki məhz bu dərnəklərdə uşaqların gizli qabiliyyət və istedadları üzə çıxır. Kiminin əl qabiliyyəti, musiqi duyumu, kimininsə idman bacarıqları inkişaf edir. Bu isə uşaqların nəinki hərtərəfli inkişafına səbəb olur, həmçinin onların özgüvənini artırır."
.jpg)
Psixoloq bildirir ki, bəzən uşağın qavrama qabiliyyəti zəif olur, uşaq öz ünvanına yalnız tənqid eşidir: "Bu isə onun emosional durumuna mənfi təsir göstərir. Lakin həmin uşaq ola bilər ki, gələcəyin gözəl rəssamı, rəqqası və ya idmançısıdır. Bunu üzə çıxarmaq üçün isə uşağı müxtəlif yönümlü dərnəklərə yönəltmək, qabiliyyətlərini üzə çıxarmaq lazımdır. Əgər bu dərnəklər məktəb nəzdnində fəaliyyət göstərəcksə istər valideyn istərsə də uşaq üçün daha rahat olacaq. Beləki, zaman itgisinin olmaması ilə yanaşı, uşaq üçün adət etdiyi mühit daha rahat və doğma olacaq."
Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin mətbuat katibi Bəşarət Məmmədov sorğumuzu cavablandıraraq bildirir ki, ümumi təhsil məktəblərində birgə fəaliyyət çərçivəsində idman, yaradıcılıq sahələri üzrə çoxsaylı dərnəklər mövcuddur: "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 150-yə yaxın ümumi təhsil müəssisəsində müxtəlif sahələr üzrə (boks, gimnastika, rəqs, rəsm, musiqi, xarici dil üzrə danışıq kursları, məntiq və s.) dərnəklər fəaliyyət göstərir."

Bəşarət Məmmədov qeyd edir ki, birgə fəaliyyətin təşkil edilməsi təhsilin inkişafına dəstək verilmək, uşaqların hərtərəfli inkişafını təmin etmək, onların yaradıcılıq potensialını üzə çıxarmaq, vətənpərvər və sağlam ruhda böyümələri üçün əlverişli şərait yaratmaq məqsədilə həyata keçirilir: "Bununla yanaşı, şagirdlər yaradıcılıq təlabatlarının ödənilməsi, fiziki və mənəvi inkişaf səviyyələrinin artırılması məqsədilə dərsdən sonrakı vaxtlarda məktəblərdə və məktəbdənkənar təhsil müəssisələrində müxtəlif profillər üzrə təşkil olunmuş dərnək, klub və studiyalara cəlb olunur. Komplektləşdirmə zamanı məktəblilərin yaş xüsusiyyətləri, meyil və maraqları, yaradıcılıq qabiliyyətləri, istedad və bacarıqları nəzərə alınır. Dərnək, klub və studiyalarda məşğul olan məktəblilər təhsil aldıqları müəssisənin cəlb olunduğu layihələrdə fəal iştirak edirlər."
Ay An