Maşın vuran süpürgəçi qadın xəstəxanada öldü
7 Dekabr 2018 12:38 SosialXəbər verdiyimiz kimi, dünən səhər saatlarında daha bir süpürgəçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında süpürgəçi işləyən 1965-ci il təvəllüdlü Muradova Almagül Pirağa qızı ağır xəsarət aldığından 3 saylı şəhər kliniki xəstəxanasının reanimasiya şöbәsinә yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, yaralının vəziyyəti ağır olduğundan xəstəxanada dünyasını dəyişib:
"Xəstəxanaya aparılan zaman vəziyyəti ağır idi. Əməliyyat olunsa da, həyatını qurtarmaq mümkün olmayıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31