İnsandan ağıllı, yoxsa...?

Dünyada o qədər möcüzə var ki! Müəllifi isə bəllidir - Allah! Daha bir möcüzə - delfin!

Təbiətdə delfinlərin 30-a yaxın müxtəlif növləri yaşayır.

Delfinlər güclü hidrolokatora malikdirlər. Bu lokator vasitəsi ilə onlar 15 metr məsafədən gavalı ölçülərində olan əşyaları tapmağa qadirdirlər. Sözügedən bacarıq onlara hətta bulanıq suda qidalanmağa imkan verir.

Delfinlər yatmırlar. İstirahət zamanı növbə ilə beyinlərinin gah sağ, gah da ki sol yarımkürələri fəaliyyətini dayandırır (yəni yarımkürələr növbə ilə yatırlar).

Delfinlər bir-biri ilə ünsiyyət qurduqları səsin tezliyi insan qulağı ilə duyula bilməz.

Yetkin delfinin beyninin çəkisi 1700 qram təşkil edir. İnsanda bu göstərici 1400 qramdır. Delfinin beynindəki qırışların sayı insan beyninin qırışlarının sayından 2 dəfə çoxdur.

Delfinlər heç vaxt insanlara hücum etmirlər. Əksinə, hələ də alimlərin müəyyən edə bilmədikləri səbəbə görə, delfinlər dənizdə batan və ya köpək balıqlarının hücumuna məruz qalan insanları xilas edirlər.

Hazırda dünyada psixoterapiyanın bir növü - "delfinoterapiya" tətbiq edilir. Bu üsul insanın delfinlə ünsiyyəti və müxtəlif əyləncələri üzərində qurulub və autizm, diqqət və giperfəallıq defisiti sindromu, uşaq serebral iflici və s. xəstəliklərin müalicəsi zamanı istifadə olunur.

Hər il iyulun 23-də dünyada Beynəlxalq delfinlər və balinalar günü qeyd edilir.

Dünya möcüzələrlə doludur. Hamısı da Allah tərəfindən yaradılıb! Sadəcə olaraq diqqətlə baxmaq, anlamaq, valeh olmaq və bir daha inanmaq, şükür etmək lazımdır. Necə də şükür etməyəsən? Belə Qüdrətli Allahı olan şükür etməzmi?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31