Şəkidə gəlini baldızları döydü - Xəstəxanalıq oldu
7 Dekabr 2018 05:14 SosialHazırda xəstə həkim tərəfindən müayinə olunur.
Şəkidə 40 yaşlı qadın baldızları tərəfindən döyülüb.Rayonun Kiş kənd sakini, 1978-ci il təvəllüdlü Mətanət Sabir qızı Nəbiyeva axşam saatlarında Şəki rayon Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə daxil olub. Müayinə zamanı xəstəyə başın küt travması və sağ təpə nahiyyəsinin dərialtı hemotoması diaqnozu qoyulub.Xəstəxanadan bildirilib ki, 40 yaşlı M.Nəbiyeva baldızları tərəfindən döyüldüyünü bildirib. Hazırda xəstə həkim tərəfindən müayinə olunur.Faktla bağlı araşdırmalara başlanılıb. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31