Müəllim Allahı təhqir etdi, sosial şəbəkələrdə paylaşdı - Böyük qalmaqal – VİDEO
7 Dekabr 2018 04:56 Sosial
Türkiyənin Tekirdağ şəhərində qalmaqallı hadisə yaşanıb.
Kokteyl.az Primetime.az-a istinadən xəbər verir ki, Allahı təhqir edərkən çəkdiyi videosunu sosial şəbəkədə paylaşan müəllimin hərəkəti ölkədə böyük gərginliyə səbəb olub.
Bildirilir ki, bunu şəhərin Muratlı bölgəsindəki bir liseydə idman müəllimi işləyən C.D.K. adlı şəxs edib. Türkiyə Qurtuluş Savaşının öndəri, Türkiyə Respublikasının banisi və ilk prezidenti Mustafa Kamal Atatürkü təhqir edənlərə əsəbləşən müəllim baş verənlərə bu cür reaksiya göstərib.
Çoxsaylı şikayətlərdən sonra hərəkətə keçən polis sözügedən müəllimi saxlayıb. Türkiyə mətbuatında yazılanlara görə, onun 6 aydan 1 ilə qədər həbs cəzası gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31