Hamilə qadınlar hər gün bunu etməlidirlər
6 Dekabr 2018 20:08 SosialHamiləlik ərəfəsində qadın özünə əvvəlkindən iki dəfə artıq qulluq etməlidir. Buna səbəb dünyaya gətirəcək körpənin daha sağlam olmasıdır.
Axşam.az xarici KİV-ə xəbər verir ki, hər bir hamilə qadının mütləq yeməli olduğu ərzaqlar var. Bunu etmək üçün həkim məsləhətinə ehtiyac yoxdur.
Dünyaya sağlam körpə gətirmək üçün:
· Hamiləlik dövründə gündə 4 stəkan süd içmək lazımdır.
· Həftənin 5 günü yumurta yeməlidir. Bu, körpənin dəmirlə təmin olunmasına kömək edəcək.
· Hamilə qadın gündə ən az 2 saat təmiz havada gəzməlidir. Bu körpəni oksigenlə təmin etmək üçün vacibdir.
· Gündə iki dəfə ət, toyuq və ya balıq yeməlidir.
· Gündə ən az 2 litr təmiz su içilməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31