Nazir Azad Rəhimov Biləsuvarda qəbul keçirəcək
6 Dekabr 2018 15:26 SosialGənclər və idman naziri Azad Rəhimov dekabrın 7-də Biləsuvarda vətəndaşları qəbul edəcək. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 10:00-da Biləsuvar Gənclər evində (Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi, Heydər Əliyev parkının ərazisi, RİH ilə üzbəüz) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar. Ağcabədi 050-733-45-65; Beyləqan 055-743-12-12; Biləsuvar 050-504-44-22; İmişli 050-635-66-49.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31