Coşqun Rəhimovdan haqqında yayılan şayələr barədə AÇIQLAMA
6 Dekabr 2018 14:20 Sosial"Bu şəhərdə" komandasının sevilən aktyoru, əməkdar artist Coşqun Rəhimov haqda xoşagəlməz xəbərlər yayılıb.
Bu gün sosial şəbəkədə Coşqununu dünyasını dəyişdiyinə dair şayiələr gündəmə çevrilib.
Məsələylə bağlı Open.az-a danışan Rəhimov yayılan bu söz-söhbətin əsassız olduğunu vurğulayaraq, belə mövzulara artıq fikir vermədiyini dilə gətirib.
"Yenə başladılar? Belə xəbərlər yaymaqda, insanların məqsədi nədir, anlamıram. Axırda öldü deyə-deyə məni öldürəcəklər. Allah uzaq eləsin. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bu cür şayiələr qəbuledilməz və xoşagəlməzdir"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31