Bakı avtovağzalına yeni mətbuat katibi təyin olundu

Bakı Beynəlxalq Avtovağzal Kompleksinə mətbuat katibi təyin edilib.

Bunu "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

O bildirib ki, bu vəzifə Pərvin Məmmədovaya həvalə olunub.

Qeyd edək ki, P.Məmmədova bundan əvvəl DANX-nın əməkdaşı olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31