Azərbaycanda ilk rəsmi Ünvan Portalı hazırlanıb

Ölkəmizdə ünvan tapmaq işi daha da sadələşir, respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanır, ünvanların elektron idarə edilməsinə nail olunur. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycanın ilk rəsmi Ünvan Portalı istifadəyə verilib. Komitədən "Olaylar"a bildirilib ki, bu məqsədlə komitə dekabrın 6-da geniş İctimai Təqdimat keçirəcək. Tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların, naviqasiya şirkətlərinin nümayəndələrinin, əmlak və nəqliyyat ekspertlərinin iştirakı nəzərdə tutulur. Tədbirin məqsədi ünvan məsələləri ilə bağlı bütün göstəriciləri bir virtual platformada cəmləşdirən Ünvan portalının istifadə qaydaları, üstünlükləri ilə bağlı ətraflı məlumat vermək, o cümlədən vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə verəcəyi faydanı izah etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31