Nəsimi rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib

Nəsimi rayon İcra Hakimiyyətində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş Şuranın geniş tərkibdə iclası keçirilib.

Nəsimi rayon İcra Hakimiyyətində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş Şuranın geniş tərkibdə iclası keçirilib. Rayon İcra Hakimiyyətindən "Olaylar"a verilən məlumata görə, Şura iclasına sədrlik edən   Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, mövsümə hazırlıqla əlaqədar rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Şura iclasında 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verilərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərərgah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi bildirilib. Qeyd olunmuşdur ki, əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki  və növbətçilik təsdiq olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31