AVMVİB-də “Müharibə veteranı” və “Milli ordu-100” xatirə medalları təqdim olunub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) bugünlərdə iki tanınmış döyüşçünü - müharibə veteranları – polkovnik Yolçu Yolçuyevi və AVMVİB-in sədr müavini Mübariz Quliyevi, eləcə də, Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü, ehtiyatda olan zabit Əkbər Qoşalını bu Birliyin xatirə medalları ilə təltif edib. Polkovnik Yolçuyev “Müharibə veteranı”, Əkbər Qoşalı “Milli ordu-100”, Mübariz Quliyevsə hər iki medalla təltif edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) bugünlərdə iki tanınmış döyüşçünü - müharibə veteranları - polkovnik Yolçu Yolçuyevi və AVMVİB-in sədr müavini Mübariz Quliyevi, eləcə də, Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü, ehtiyatda olan zabit Əkbər Qoşalını bu Birliyin xatirə medalları ilə təltif edib. Polkovnik Yolçuyev "Müharibə veteranı", Əkbər Qoşalı "Milli ordu-100", Mübariz Quliyevsə hər iki medalla təltif edilib.

Təltifedilmə mərasimi AVMVİB-in Mərkəzi Qərargahında, sədr Füzuli Rzaquliyev tərəfindən həyata keçirilib.

Təltifetmədə Birliyin sədr müavini AVMVİB sədrinin Təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, Birliyin digət yetkili şəxsləri iştirak edib.

Sədr Füzuli Rzaquliyev qeyd edib ki, veteranlarımızın, ehtiyatda olan zabitlərin, yazarların, ümumən vətənpərvər insanların respublikamızda hərbi-vətənpərvərlik ruhunun qorunub saxlan­masında, güclənməsində özünəməxsus məsuliyyəti və xidmətləri var.

"Birlik tərəfindən təsis edilən hər iki medalın da, həm bu sahədə xidmətləri olan insanların çalışmalarına dəyər verməyi, həm də, "Xalq Cümhuriyyət İli"nə, Cümhuriyyətin, o cümlədən Milli Ordunun 100 illiyinə bir vətəndaş cəmiyyəti institutu olaraq biganə qalmadığımızı ifadə edir" - deyərək, AVMVİB sədri vurğulayıb.

Sonda təltif edilən hər üç şəxs, göstərilən diqqət üçün İctimai Birliyə, Birliyin rəhbərliyinə öz təşəkkürlərini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31