“Maşın” şounun iştirakçılarından birinin adı məlum oldu
5 Dekabr 2018 07:17 SosialAzərbaycan teleməkanında ən reytinqli veriliş hesab olunan "Maşın" şounun iştirakçılarından birinin adı məlum olub.
Minval.info-nun əldə etdiyi dəqiq bilgiyə görə, yarışmada avtomobil uğrunda mübarizə aparan sənətçilər sırasında müğənni Ruhəngiz Allahverdiyevanın ismi var.
Qeyd edək ki, yarışma dekabr ayının 13-də Murad Dadaşovun təqdimatın efirdə yayımlanacaq.
Həmçinin bildirək ki, böyük ehtimalla 18 iştirakçı arasında video-bloqqer Taleh Yüzbəyovun da adının yer alacağı söylənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31