"WhatsApp"dan istifadəçiləri əsəbiləşdirəcək qərar
5 Dekabr 2018 03:23 Sosialİstifadəçilər "WhatsApp"da ediləcək son dəyişikliyə əsəbiləşəcəklər.
Axşam.az xəbər ki, "WhatsApp" bundan sonra istifadəçilərinə reklam göstərəcək. Bu, 2019-cu ilin ilk aylarından artıq tətbiq olunmağa başlayacaq.
Məlumata görə, əvvəllər ödənişli olan, sonradan isə "Facebook" tərəfindən alınaraq ödənişsiz istifadə olunan "WhatsApp" bundan sonra reklam yolu ilə pul qazanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31