Qadın özünü binadan atdı - Polisdən inanılmaz qəhrəmanlıq/Video
5 Dekabr 2018 03:15 SosialTürkiyənin Ordu vilayətində yaşayış binasının 3-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edən qadını polislər son anda xilas edə biliblər.
Teleqraf.com xəbər verir ki, psixoloji problemləri olan qadını fikrindən yayındırmaq üçün polislərin səyi nəticəsiz olub.
Asayiş keşikçilərindən biri şinelini çıxararaq xanımın olduğu balkonun aşağısında gözləmə mövqeyi tutub. Binadan özünü atan qadın digər polislərin də tutduğu şinelə düşüb. Yüngül xəsarət alan qadın xəstəxanaya çatdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31