Azərbaycanda mikroavtobus qəzaya uğradı - XEYLİ YARALI VAR

Salyan rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb 5 nəfər xəsarət alıb.

Hadisə bu gün günorta saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sərnişindaşıyan mikroavtobusla "Mersedes" markalı minik avtomobilinin toqquşması nəticəsində Salyan rayon sakinləri, 1969-cu il təvəllüdlü Hüsynova Məhəbbət Sabir qızı, 1964-cü il təvəllüdlü Səlimova İlhamə Qəhrəman qızı, 1959-cu il təvəllüdlü İbrahimova Səmayə Qulam qızı, 1991-ci il təvəllüdlü İbrahimova Yeganə Cahanşah qızı və 1968-ci il təvəllüdlü Zülfüqarov Mənsur İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(Report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31