ATV-NİN EFİRİNDƏ ŞOK: “QOHUMLARIM ZORLADI, ƏRƏ GETDİM, ƏRİMƏ XƏYANƏT ETDİM” – VİDEO

Türkiyənin ATV telekanalında yayımlanan Müge Anlının verilişinə qatılan Birgül Memişin həyat hekayəsi hər kəsi dəhşətə gətirib.

 

İki dəfə ərdə olan, hazırda sevgilisi ilə birlikdə yaşayan 24 yaşlı qadının başına gələn təcavüz hadisəsi hər kəsi şoka salıb. O, 17 yaşı olanda yaxın qohumlarının təcavüzünə uğradığını, bədəninin yaralar içində olmasına baxmayaraq, ailəsinin ona inanmadığını söyləyib. O, baş verən hadisədən sonra evdən qaçdığını bildirib.

Onun verilişə gəlmə məqsədi isə ikinci həyat yoldaşında olan uşağını almaq istəməsi olub. Qadının sözlərinə görə, oğlu keçmiş həyat yoldaşından deyil. O, ərdə olan zaman bir inşaat işçisi ilə həyat yoldaşına xəyanət etdiyini etiraf edib. Birgülün sözlərinə görə, keçmiş həyat yoldaşı bunu bilsə də, oğlunu ona göstərmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31