“Sofiya” “Twitter”də Azərbaycan milli geyimində görüntüsünü paylaşdı

"Sofiya" robotu özünün "Twitter" hesabında Azərbaycan milli geyimində, o cümlədən üzərində məşhur Azərbaycan baş geyimi olan kəlağayıdakı görüntüsünü paylaşıb.  

O, istifadəçilərdən kostyumun qiymətləndirilməsini istəyib. 

"Hanson Robotics" şirkəti tərəfindən süni intellekt əsasında yaradılan "Sofiya" yumor hissinə, müəyyən məsələlərə cavab vermək bacarığına və əvvəlcədən müəyyən mövzular üzrə sadə söhbətlər aparmaq qabiliyyətinə malikdir.

2017-ci ilin oktyabrında "Sofiya" Səudiyyə Ərəbistanında vətəndaşlıq alan ilk robot olub. 2018-ci ilin oktyabrında isə "Sofiya" Azərbaycanda olub.

media.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31