"Maşın" şouda başlayan küsülülük bitdi - Barışdılar
4 Dekabr 2018 11:00 SosialMüğənni Roza Zərgərli və aparıcı Aytən Səfərova barışıb.
Axşam.az-ın məlumatına görə, ilk addımı ifaçı atıb. Belə ki, Roza ana olan Aytənin fotosunu İnstaqram səhifəsində yayımlayıb.
Sənətçi paylaşımına "Səni təbrik edirəm. Qazancın müqəddəs "Ana" ismi oldu" sözlərini yazıb. Səfərova isə ona cavab olaraq ürək işarəsi qoyub.
Qeyd edək ki, Aytənlə Roza "Maşın" şouda olan zaman qalmaqal yaşamışdı. Mübahisə edən tanınmışlar uzun müddət küsülü qalıb.
A.Səfərovanın bir neçə gün əvvəl üçüncü övladı dünyaya gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31