Azərbaycanda məhkəmə hakimi vəfat etdi
4 Dekabr 2018 10:02 SosialBakı şəhər Nərimanov rayon Məhkəməsinin hakimi vəfat edib.
Publika.az xəbər verir ki, məhkəmənin təcrübəli hakimlərindən biri, 1961-ci il təvəllüdlü Turqay Hüseynov dünyasını dəyişib.
Qeyd edək ki, T.Hüseynov uzun müddət müxtəlif-hüquq mühafizə orqanlarında çalışıb və 2007-ci ildən Nərimanov rayon Məhkəməsinin hakimi idi. O, bir müddət əvvəl səhhəti ilə əlaqədar işdən çıxmışdı.
Allah rəhmət eləsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31