Məşhur cütlüyün toyundan Video+Fotolar
4 Dekabr 2018 02:15 SosialBu gün "Vicdan haqqı"nın məşhur cütlüyü aktrisa Ülviyyə Xəlilbəyli və aktyor Murad İsmayılın toyudur.
Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində baş tutan məclisdə hər iki məşhurun həmkarları, dostları və qohumları iştirak edir.
Tədbirdən bəzi görüntülər artıq sosial şəbəkələrdə paylaşılmağa başlanılıb.
Qeyd edək ki, noyabrın 26-da Ülviyyənin xına mərasimi olub. Onların nişanı iyulda, nikah mərasimi isə avqustda baş tutmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31