"Ailə dağıdanın ailəsi olmaz" - Acunun keçmiş həyat yoldaşı

Acun İlıcalı və Şeyma Subaşı boşandıqdan sonra prodüserin keçmiş həyat yoldaşı Zeynəb Yılmaz səssizliyini pozub.

Olaylar.az Axşam.az-a istinadən xəbər verir ki, o, yaxın dostlarına "Ailə dağıdanın ailəsi olmaz" deyib.

Zeynəb Yılmaz dünən axşam İngiltərədə yaşayan türk dizayner Zeynəb Qartalın təşkil etdiyi tədbirdə podiuma çıxıb. Acunla Şeymanın boşanmasından sonra Zeynəb ilk dəfə kamera qarşısına keçib. Podiumda onun xoşbəxt göründüyü diqqətdən qaçmayıb.

Qeyd edək ki, İlıcalı Subaşı ilə evlənmək üçün Yılmazdan boşanmışdı. Acunun zeynəbdən Leyla və Yasemin adlı iki qızı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31