39 yaşlı gəlin gecə evdən qaçdı - BAKIDA
30 Noyabr 2018 03:59 SosialBakıda gəlin evdən qaçıb.
Hadisə Xətai rayonu ərazisində baş verib.
Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Səbzəliyeva Səbinə Yunis qızı polisə müraciət edərək bildirib ki, onunla birlikdə Xətai rayonu, A.Qurban küçəsi, ev 25/37-də yaşayan gəlini, 1979-cu il təvəllüdlü Əzməmmədova Nərmin Xeyribəy qızı noyabrın 28-də gecə saat 01 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31