Bakıda 10 metr hündürlüyündə ağac restoranın üstünə aşdı, dam örtüyü dağıldı

Bakıda Məhəmməd Naxçıvani küçəsində güclü külək təxminən 10 metr hündürlüyündə ağacı aşırıb.

Hadisə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin yaxınlığında baş verib. İrigövdəli ağac yaxınlıqdakı restoranın üzərinə aşıb.

Nəticədə restoranın dam örtüyü yararsız vəziyyətə düşüb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31