"Əbədiyyətə qovuşanlar" kitabının təqdimat mərasimi keçiriləcək
29 Noyabr 2018 16:01 SosialNoyabrın 30-da Azərbaycan Texniki Universitetində Şəhid və Milli Qəhrəman olmuş AzTU məzunlarından bəhs edən "Əbədiyyətə qovuşanlar" kitabının təqdimatı olacaq. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, kitabın müəllifi AzTU kitabxanasının şöbə müdiri Zöhrə Məmmədovadır. Kitabda AzTU-nun 1990-cı illərdə, həmçinin ondan sonrakı illərdə, Aprel döyüşlərində, eləcə də 20 Yanvar faciəsində Şəhid olan, Vətənin müdafiəsi zamanı şücaət şöstərərək Milli Qəhrəman adına layiq görülən məzunları haqqında məlumatlar yer alıb.
Kitabın təqdimat mərasimində universitet rəhbərliyi, kollektiv, tələbələr, Şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31