Pis vərdişlər ailələri dağıdır
Qızlar ailə quranda oğlanın yaraşığına, puluna önəm verirlər Bəzi hallarda ailədə ünsiyyət problemləri, sosial-psixoloji mühitin gərginliyi, erkən və qeyri-rəsmi nikah, məişət zoraklığı, uşaqların təhsildən yayınması ailənin zəifləməsinə, dağılmasına gətirib çıxarır. Ailə qurulması xoşbəxt bir hiss olsa da, onu qoruyub-saxlamaq böyük məsuliyyət tələb edir.
29 Noyabr 2018 15:11 SosialQızlar ailə quranda oğlanın yaraşığına, puluna önəm verirlər
Bəzi hallarda ailədə ünsiyyət problemləri, sosial-psixoloji mühitin gərginliyi, erkən və qeyri-rəsmi nikah, məişət zoraklığı, uşaqların təhsildən yayınması ailənin zəifləməsinə, dağılmasına gətirib çıxarır. Ailə qurulması xoşbəxt bir hiss olsa da, onu qoruyub-saxlamaq böyük məsuliyyət tələb edir. Təəssüf ki, bəzi ailələr bu məsuliyyəti çiynində daşıya bilmir və boşanma ilə nəticələnir. Ailə kiçik bir cəmiyyətdir və müqəddəs məfhumdur. Hər bir fərd bir ailədə yetişdiyindən, milli dəyərimizin daşıyıcıları da yola ailədən başlayır. Əfsuslar olsun ki, son illər boşanmaların sayında xeyli artım müşahidə olunur. Aparılan araşdırmalardan məlum olur ki, ailənin dağılması xasiyyətlərdə uyğunsuzluğu, ailədaxili zorakılıq, tərəflərdən birinin zərərli vərdişlərə aludə olması və bu vərdişlərdən əl çəkməməsi, cütlükdən birinin xəstə olması və bunun qarşı tərəfdən gizlədilməsi və s. səbəblərdən baş verir. Ailə kiçik bir dövlətdir və bu dövlətin dağılmaması üçün müəyyən addımlar atmaq zəruridir. Bəs bu "dövlət" niyə dağılır? "Dövlət"in dağılmaması üçün nə etməliyik?
Vəkil Rövşən Qasımov bildirib ki, ailələrin dağılmasının bir çox səbəbləri var. Әn başlıca səbəb evlənməmişdən öncә qızla oğlanın bir- birinin xasiyyətlərinə yaxşı bələd olmamalarıdır. Xasiyyətlərin uyuşmaması ailədaxili münaqişələrə gətirib çıxarır və bu da ailә bağlarının qopmasına sәbәb olur. İkinci bir səbəb isə ailәyә xaricdən olan təsirdir. Ən əsası odur ki, ərlə arvad mübahisə etdiklәri zaman yaranan söz-söhbәt ancaq evdə qalmalı, kənara çıxmamalıdır. Əgər mübahisə evdәn kənara çıxarsa, artıq o böyük faciələrə gətirib çıxara bilər. Əgər ərlə arvad arasında mübahisə yaranarsa onlar bunu öz aralarında hәll edib ortaq məxrəcə gəlməli, bir-birlәrinә güzәştә getmәyi bacarmalıdırlar. Hissә qapılmamaq, dalaşmaq, yaxud küsmәk üçün bәhanә axtarmamalıdırlar. Mübahisә zamanı әr vә arvad xırdalanıb kiçilmәmәli, hәmişә cәmiyyәtin, ailәnin vә uşaqların mәnafeyini nәzәrә almalıdırlar. Üçüncü bir səbəb ondan ibarətdir ki, yeni evlənən gənclər öz ailәlәrinin tamlığını qorumaq üçün cәmiyyәt qarşısında ciddi məsuliyyət daşıdıqlarını dərk etmirlər. Evlilik insan həyatında ən məsuliyyətli iş sayılır. Çünki nikahın әsasını mәhәbbәt hissi ilә borc vә mәsuliyyәt hisslәrinin vәhdәti tәşkil edir. Dördüncü sәbәb әr vә arvad arasında hüquqların bir olmamasıdır. Kişi psixologiyasında belә bir ifadә var: "mən kişiyəm, mənə hər şey olar". Әslində bu tamam yanlış fikirdi. Bəs bu fikir hardan qaynaqlanıb? Bu valideynlәrin oğlan uşaqlarını düzgün tәrbiyә etmәmәlәri sәbәbindәn baş verir. Hәlә kiçik yaşlarından uşaqların beynində bu fikri formalaşdırırlar ki, "sәn kişisәn, dözümlü, güclü olmalısan", "sәn kişisәn, qız kimi ağlamamalısan" vә s. Bu kimi fikirlәrlә böyüyәn uşaqlar özlәrini qarşı cinsdәn üstün bilir, qadının hüquqlarını nәzәrә almır. Belә tәrbiyә alan uşaqlar da gәlәcәkdә ailә hәyatı qurarkәn öz hәyat yoldaşlarına bu problemi yaşadır vә bu da ailә konfliktlәrinә sәbәb olur. Odur ki, valideynlər oğlan uşaqlarının beynində bu fikri formalaşdırmamalıdırlar. Əksinə, onlar qadına hörmətlə yanaşmağı, nəzakətlə davranmağı öyrətməlidirlər. Onun sözlərinə görə, kişi qadınına hörmətlə yanaşmalı, onun istədiklərinə qulaq asmalı, qadınına laqeydlik etməməli və ailəsinə hörmətlə yanaşmalıdır.Həmçinin qadın da. Necə deyərlər, "hörmət hörmətə bağlıdır". Qadın cәmiyyәtdә olduğu kimi öz ailәsindә dә aparıcı qüvvәyә malik olmalıdır: "Qadın çalışdığı qədər evdə problemin yaranmasının qarşısını almalı, evdə elə bir şərait yaratmalıdır ki, yoldaşı evə gəlməyə can atsın, onun beynində ev sakit, dinclik tapacağı bir yer kimi olsun. Yox, әgәr qadın yoldaşının evə qayıtmasını gözləyib və ona dincəlməyə imkan vermədən problemlərini danışmağa başlasa, əlbəttə ər evə gəlmək istəməyəcək. Evdar xanımlar özlərinə daha diqqətlə baxmalıdırlar. Onların saç düzümü, geyimi təmiz və səliqəli olmalıdır. Ən əsası qadından xoş qoxu gəlməlidir. Əgər qadın özünə laqeyd yanaşsa, yəni özünü ancaq uşaqlarına, evə həsr etsə özünü arxa plana qoysa ailə bağları boşalır, hətta xəyanətə də gətirib çıxarır. İstər evdar olsun, istərsə də iş adamı qadın, həmişə özünə baxmalı və gözəl görünməlidir ki, ər qadınını görəndə daha da fərəhlənsin".
Ekspertlər hesab edirlər ki, ailә bağlarının qırılmasına sәbәb olan mәsәlәlәrdәn biri dә aşırı dәrәcәdә qısqanclıqdır. Әslindә isә ailədə qısqanclıq normal bir haldır. Qısqanclıq hətta ərlə arvadın bir birinin sevgi təcəssümüdür. Amma hər şey normasında olmalıdır, aşırı qısqanclıq da adamı bezdirir və bir birlərindən soyudur. Qarşıdakı şəxsin beynində inamsızlıq formalaşır. Amma heç qısqanmayanda da qarşıdakı şәxs həmin şəxsin onu sevməməsini onun üçün maraq kəsb etmədiyini düşünür. Yuxarıdakılardan belә bir qәnaәtә gәlә bilәrik ki, ideal ailə yoxdur. Çünki hər ailənin öz problemləri, öz çatışmazlıqları vardır. Ancaq valideynlər elə etməlidirlər ki, uşaqlar öz ailəsini ideal ailə kimi görsün. Mübahisə olan zaman onların yanında etməsinlər. Yoxsa bu uşağın psixologiyasına güclü zərbə vura bilər. Bəzi gənclər ailə quranda elə bilirlər hər şey mükəmməl, onların xəyal etdikləri kimi olacaq. Amma elə olmur. Bəzən ailədə yaran konfliktlərdən qaçmaq üçün qızlar çıxış yolunu evlənməkdə görür və bu isə düzgün seçim deyil. Qızlar hər şeydən əvvəl öz ayaqları üstə durmağı bacarmalıdırlar. Çünki gələcəkdə onları nə gözlədiyini bilə bilməzlər.Qızlar ailə quranda oğlanın yaraşığına, puluna ən çox önəm verirlər. Amma ən diqqət yetirilməsi oğlanın xasiyyəti və xasiyyət uyumluluğudu. Necə deyərlər, "pul hər şeyi həll etmir". Ümumiyyətlə, әr vә arvad öz ailә әsәrlәrinin nәinki müәlliflәri, hәm dә aktyorlarıdırlar. Әr vә arvad özlәrinin müdrik vә nәcib insan olduqlarını bu ailә rolları vasitәsilә göstәrmәlidirlәr. Övladın olmaması məsələsində isə ailə böyükləri və qohum-əqrəbanın psixoloji təzyiqləri müşahidə edilir. Uzun müalicələrdən sonra da uşaq sahibi ola bilməyən ailələr kənar təzyiqlərə görə mütləq uşaq sahibi olmaq məcburiyyəti hiss etməli olurlar. Sonda isə bu təzyiqlərə tab gətirməyərək boşanmalı olurlar. Pis vərdişlər cəmiyyətin əsas bəlası olduğu kimi, ailələrin də dağılmasında əsas rol oynayır. Bura narkomaniya, içki düşkünlüyü, xəyanət və digər vərdişləri misal çəkmək olar. Bir çox hallarda bu vərdişlərin ailə qurulan zaman gizli saxlanıldığı və sonradan üzə çıxdığı görülür. Belə ailələrdə fiziki zorakılıqlar, qeyri-sağlam həyat tərzi və s. xoşagəlməz hallar çox yaşanır. Bəziləri isə boşanma ilə bitir. Bəzi valideynlərin qızları ailə qurduqdan sonra ondan yenə də əl çəkə bilmir, qızının ailədaxili işlərinə müdaxilə edir. Oğlunu hələ də uşaq kimi hiss edən valideynlər isə övladını ailə başçısı olaraq görə bilmirlər və psixoloji təzyiqdə saxlayırlar. Gənc ailənin hələ təcrübəsi olmadığı üçün valideynlər öz istəklərinə uyğun şəkildə onları yönləndirməyə çalışırlar. Onlara müstəqil qərar verməyə şərait yaradılmadığı üçün fəsadlar ortaya çıxır. Bəzən ailələrdə yaranan problemi uşaq dünyaya gətiməklə həll etməyə çalışan qadınlar sonda boşanma ilə üz-üzə qalırlar: "Uşaq qadınların son "kozırı"dır. Yəni çoxları fikirləşir ki, bir uşaq dünyaya gətirsəm, ailəm daha da möhkəmlənər. Qadın bütün problemlərə, çətinliklərə dözür ki, uşaq olandan sonra hər şey düzələr: "yoldaşım məni daha yaxşı başa düşər, qaynanam düzələr, məni inçitməz". Kişlərdə isə əks effekt yaranıb. Onlar uşaq olandan sonra daha da arxayınlaşırlar. Hesab edirlər ki, daha qadının bir uşağı var və ər istədiyini etsə belə, qadın uşağa görə, heç nə edə bilməyəcək. Amma sonda bütün bunların əksi olur. Qadın görür ki, heç nə düzəlməyib, nəticədə çıxış yolunu boşanmaqda görür. İkinci əsas məsələ isə cütlüyün bir-birinə səmimi olmaması, münasibətlərində qapalı mühit yaratmalarıdır. Üçüncü səbəb isə ailəyə kənar müdaxilələrdir. Bəzi hallarda qaynatalar qaynanalardan daha "arvadağız" olur. Kişilik sifətini itirmiş qaynatalar artıq ifritəyə çevrilir. Bu kimi hallar oğlan tərəfdə daha çox olur. Hətta ailə həyatında bədbaxt olan baldızlar sanki hamının bədbaxt olmasını istəyirlər və gəlini hər vasitə ilə incitməyə çalışırlar. Sonrakı yerlərdə isə iqtisadi, maddi problemlər durur. Amma təəssüflər olsun ki, ailələr qurulan zaman bəzi məsələlər nəzərə alınmır. Məsələn, dünya görüşləri üst-üstə düşmür, oğlanın zərərli vərdişləri, alüdəçiliyi var və həmin vərdişlər gizlədilir. Ailə qurulandan sonra həmin xarakterlər üzə çıxır və nəticədə dözülməz hal alır. Bəzən valideynlər övladlarına düzgün tərbiyə, istiqamət vermirlər. Əgər ailədə həm oğlan, həm də qız uşağı böyüyürsə, qız mütləq ev işləri görməyə yönləndirilir. Oğlan tökdüyünü yığmır. Ana bu işi qızına tapşırır. Bir sözlə, oğlana əmək vərdişi öyrədilmir. Oğlan da elə zənn edir ki, bu həmişə belə olmalıdır. Halbuki, oğlan əsgərliyə, oxumağa, işləməyə başqa ölkəyə getəcək, artıq orada bacı, ana onun qulluğunda dura bilmir. Belə olan halda onun təmizliyinə, gigiyenik qaydalarına kim riayət edəcək? Oğlanlar da zəhmətə alışmalıdı. Bu kimi xırda məsələlər zaman keçdikcə daha qlobal məsələlərə çevrilir. Bu, bir reallıqdır ki, bizim cəmiyyətimiz boşanmış şəxsləri çox vaxt birmənalı qarşılamır. Onları hər fürsətdə cəmiyyətdən təcrid etməyə çalışırlar. Bir növ "damğalanmış" kimi hesab edilən belə insanlar aldıqları zərbədən həyatda duruş gətirə bilmirlər. Bu isə onların həyatının məhv olmasına səbəb olur. Son olaraq qeyd etmək lazımdır ki, boşanmaların sayının azaldılması üçün cəmiyyətdə ailə dəyərləri güclü şəkildə təbliğ edilməli, təhsil ocaqlarında bu istiqamətdə maarifləndirici mövzulardan da bəhs edilməlidir. Ailə bir-birini başa düşən, anlayan və xasiyyəti uyğun gələn fərdlər arasında qarşılıqlı hörmət əsasında qurulmalıdır. Ailədə problemlər olduğu zaman isə öncə bunu həll etməyə səbrlə cəhd göstərilməli, mümkün olmadıqda isə zorakılıq, cinayət və digər neqativ hallar səviyyəsinə çatmadan evliliyin bitirilməsi daha məqsəduyğundur.
Zəka