Qaxdan paytaxta gələn 21 yaşlı qız itkin düşdü
29 Noyabr 2018 11:23 SosialQax rayonunda 21 yaşlı qız itkin düşüb.Teleqraf.com xəbər verir ki, Qax rayon polis şöbəsinə ruhi xəstə, 21 yaşlı Zibeydə Əhmədovanın oktyabrın 19-da itkin düşməsi barədə müraciət daxil olub.Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Qax rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhmədova paytaxtın Nəsimi rayonu ərazisində tapılaraq ailə üzvlərinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31