Mətanət İsgəndərli efirdə ağladı: “Yaralarımı qoparmayın...” - Video

Əməkdar artisti Mətanət İsgəndərli şəxsi həyatından danışıb.Teleqraf.com-un məlumatına görə, ifaçı "Şou ATV" verilişində kövrələrək bildirib ki, övladlarını tək böyüdüb: "Onların həm anası, həm atası olmuşam. Övladlarımdan doymamışam, körpə vaxtlarından onları valideynlərimin yanında qoymuşam, çörək qazanmağa getmişəm.Hərdən birini müzakirə edəndə qızıma deyirəm ki, işin olmasın, atasız uşaqdır. Ülkər deyir ki, sənin hamıya yazığın gəlir, ana, biz də yetim böyümüşük. Onun sözlərinə çox pis oldum. Heç vaxt belə sözlər işlətməmişdi (ağlayır). Nəisə... Mənim yaralarımı qopartmayın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31