Neftçilər prospektində dəhşətli hadisə - GƏNC OĞLAN YOLUN ORTASINDA CAN VERDİ
29 Noyabr 2018 10:12 SosialBakının mərkəzində ölümlə nəticələnən yol qəzası baş verib.
Publika.az xəbər verir ki, saat 06 radələrində Səbail rayonu Neftçilər prospektində 99 NU 793 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçməyə çalışan gənc oğlanı vurub. Ağır xəsarətlər alan 22 yaşlı piyada hadisə yerində keçinib.
Bildirilir ki, hadisə vaxtı yol boş olub və qaçaraq yolu keçmək istəyən gənc sürətlə gələn minik avtomobilinin zərbəsindən yayına bilməyib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31