52 kiloqram arıqlayan aktrisanı atası belə tanımadı

Aktrisa Yeşim Ceren Bozoğlu qatıldığı proqramlardan birində maraqlı açıqlaması ilə yadda qalıb.Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 110 kiloqramdan 58 kiloqrama qədər arıqlayan aktrsanı valideynləri belə tanımayıb.Bu barədə danışan Yeşim deyib:"Arıqladıqdan sonra valideynlərimi hava limanından götürməyə getmişdim. Ata yanımdan keçdi və məni tanımadı. Sonra "Bu, mənəm" dedikdən sonra hər ikisi mənə tərəf gəldilər".Qeyd edək ki, 44 yaşlı Ceren mədə kiçiltmə əməliyyatı keçirib. Daha sonra o, dieta ilə də xeyli çəki atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31