Mingəçevirdə baş tutan toy mərasimində bəy Anar Poladov xanımı ilə birlikdə şəhid dostunun məzarını ziyarət edib. O,sosial şəbəkələrdə aprel şəhidi Adil Adilzadənin məzarını ziyarət etdiyi videonu paylaşaraq bu sözləri yazıb:
"Ən böyük arzularımızdan biri də bir birimizin toyunda iştrak etmək idi. Amma qismət belə imiş, dostum... Məkanın cənnət olsun. Səni ziyarət etmədən o toyda rahat ola bilməzdim.."
Xatırladaq ki, MAXE Adil Adilzadə 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olub. Məzarı Mingəçevir Şəhər Şəhidlər Xiyabanında yerləşir.