Saçını boyayan qızın üzü bu hala düşdü - VİDEO

Xəstəxanaya yerləşdirilən Estel müalicədən sonra evə buraxılıb.19 yaşlı fransalı tələbə Estel saçını boyadıqdan sonra həyatının şokunu yaşayıb.Marketlərin birindən aldığı boyanı saçlarına yaxan qızın üzü və başı şişməyə başlayıb. Estelin bədəni boyanın tərkibindəki fenilendiamin maddəsinə allergik reaksiya göstərib və nəticədə xoşagəlməz hadisə baş verib. Üstəlik göstərişləri oxumayan qız boyanı saçına sürtməzdən əvvəl allergik reaksiyanı öyrənmək üçün test etməli və 2 gün ərzində cavabı gözləməli imiş.

Estel isə 30 dəqiqə sonra saçını boyayıb. Xəstəxanaya yerləşdirilən Estel müalicədən sonra evə buraxılıb. Müalicədən əvvəl dili şişən tələbə qızın başının diametri 56-dan 63 santimetrədək artıb. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31