Kəmaləddin Heydərov İmişlidə vətəndaşları qəbul edəcək
28 Noyabr 2018 14:38 SosialAzərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 noyabr 2018-ci il tarixində İmişli şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.FHN-dən "Olaylar"a bildirilib ki, qəbulda yalnız İmişli, Sabirabad, Saatlı, Hacıqabul rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.Qəbula gələn vətəndaşların qeydiyyatı İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 29 noyabr 2018-ci il tarixində saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Əlaqə:tel: +994 (12) 512-01-14; e-mail: [email protected]