Könül Kərimova səhnədən gedir
28 Noyabr 2018 12:07 SosialAxşam.az-ın məlumatına görə, müğənni bu haqda "Şou ATV" verilişində deyib. Kərimova bildirib ki, bayağı mahnılar oxuyan ifaçıların gündəmdə olması onu həvəsdən salıb:
"Adlarını çəkmək istəmədiklərimlə nə qədər bu səhnədə eyni addımlayaq. Əvvəldə olub, amma bu dərəcədə olmayıb. Onları bu dərəcəyə gətirib çıxarmaq dəhşətdir. Saray səhnəsinə, verilişlərə gətiriblər onları. Deyirəm bir müddətlik gedim səhnədən, görüm bunların sonu necə olacaq.
Musiqiçilərin də həvəsi ölüb. Onları verilişə güclə gətirmişəm. Tək mən yox, bütün müğənnilərin buna görə həvəsi qalmayıb. Bununla musiqi inkişaf edər? Gedirik gözəl tədbirə, siyahı gətirirlər, çaşıb qalırsan ki, məndən sonra gör səhnəyə kim çıxacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31