Yoxa çıxan müğənnimiz tapıldı – Efirdə ağladı - Fotolar
28 Noyabr 2018 11:15 SosialMüğənni Zahidə Günəş uzun müddət efirə çıxmamasının səbəbini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, "5 /5" verilişinə qonaq olan ifaçı ağlayaraq bildirib ki, qardaşı və onun həyat yoldaşının vəfatından sonra efirdə görünmək istəməyib: "Yaydan bəri bir neçə verilişə dəvət aldım, amma imtina etdim.
Əvvəlcə gəlinimizi itirdik. Xərçəng xəstəsi idi... Onun vəfatından 40 gün sonra qardaşım yatdı, durmadı. Biri-birlərini çox istəyirdilər. Gəlinimiz qısqanc idi. Qardaşımı da yanına apardı.
İndi onların övladlarına mən baxıram. Bu itkilərə görə özümə qapanmışdım".




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31