Tanınmış təhsil eksperti vəfat etdi
27 Noyabr 2018 10:06 SosialTəhsil ictimaiyyətinə ağır itki üz verib.
Azərbaycanlı şair, nasir, publisist, tənqidçi, pedaqoq Əjdər Ağayev 81 yaşında vəfat edib.
O, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1957), Əməkdar müəllim (2000), pedaqoji elmlər doktoru (1996), professor (1996), Azərbaycan təhsil şurasının sədri, respublika müəllimlər şurasının sədri vəzifələrində çalışıb.
Ailə yaxınlarından verilən məlumata görə, Əjdər Ağayev uzun müddət ağır xəstəlikdən əziyyət çəkib. Bu gün erkən saatlarda ürəyi dayanıb və vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31