Fransızların yarısı dırnaqlarını yeyir

Fransada özəl sektorda aparılan bir araşdırma zamanı məlum olub ki, iş həyatındakı stresin səbəbi "həddən artıq iş yükü"dür.

Sorğuya qatılanların 41 faizi iş həyatındakı hiperaktiv təzyiqin onları stressə saldığını deyib. 32 faiz isə işini itirmək qorxusu ilə daha böyük bir stressə girir. Bundan başqa, fransızlar iş yerlərində üzərlərinə düşən vəzifənin qeyri-müəyyənliyindən də sıxılırlar. İşçilərin 20 faizi isə müştəri təzyiqindən şikayətçidir. Araşdırmaya qatılanların 18 faizi deyib ki, iş yoldaşları ilə yaşanan problemlər də stressə yol açır. 16 faiz isə çalışdıqları məkanın fiziki şərtlərinin əskikliyinə görə stresə girirlər. Araşdırma onu da müəyyənləşdirib ki, stresi artan şəxslərin 44 faizi dırnaqlarını yeyərək bu vəziyyətə reaksiya verirlər.

Başqaları isə rahatlamaq üçün idmana gedir, alış-veriş edir, siqaret çəkir və ya alkoqollu içkilərdən istifadə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31