Azərbaycanda özünü “ikinci Allah” adlandıran cindar – Məşhurlar onun yanına gedir – (Gizli çəkiliş)
26 Noyabr 2018 22:54 SosialAzərbaycanda əsasən şou-biznes nümayəndələrinin üz tutduğu, "Allah" adlandıran Lerik sakini, cindar Məmmədsəfa yenidən gündəmə gəlib.
Minval.info xəbər verir ki, xalq artisti Rəmiş, teleaparıcı Ülvira Qarayeva, meyxanaçı Namiq Qaraçuxurlu, əməkdar artist Elnarə Abdullayeva və müğənni Əlikram Bayramov sözügedən cindarın daimi müştəriləridir.
Müğənnilərin, hətta bəzi məmurların falçı, cindar yanına getməsi hər zaman müzakirə olunur. Adları çəkilən tanınmışlar arasında sadəcə teleaparıcı Ülvira Qarayevanın olması təəccüb doğurur. Savadlı, dünya görüşü olan birinin belə şeylərə inanması təbii ki, normal görünmür.
Qeyd edək ki, sözügedən cindarla bağlı reportajı Bakupress.az saytı hazırlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31