“İrəli” İctimai Birliyi Aran və Lənkəran-Astara iqtisadi rayonu üzrə qalibləri müəyyən edib
“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin Sabirabad, İmişli, Kürdəmir, Saatlı, Salyan, Hacıqabul, Şirvan, Neftçala, Beyləqan şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Aran iqtisadi rayonu üzrə zona turniri Sabirabad rayonunda keçirilib. “İrəli” İctimai Birliyindən “OLAYLAR”-a bildirilib ki, layihənin Lənkəran, Astara, Cəlilabad, Lerik, Yardımlı, Biləsuvar şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Lənkaran-Astara iqtisadi rayonu üzrə zona turniri Lənkəran şəhərində baş tutub.
26 Noyabr 2018 17:24 Sosial"Azərbaycanın İntellektual Birİncisi" layihəsinin Sabirabad, İmişli, Kürdəmir, Saatlı, Salyan, Hacıqabul, Şirvan, Neftçala, Beyləqan şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Aran iqtisadi rayonu üzrə zona turniri Sabirabad rayonunda keçirilib. "İrəli" İctimai Birliyindən "OLAYLAR"-a bildirilib ki, layihənin Lənkəran, Astara, Cəlilabad, Lerik, Yardımlı, Biləsuvar şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Lənkaran-Astara iqtisadi rayonu üzrə zona turniri Lənkəran şəhərində baş tutub.
4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə Aran iqtisadi rayonu üzrə zona turnirində "Vətəni tanı" intellektual oyununda Sabirabad, "Axtar-tap" intellektual oyununda Kürdəmir, "Nə? Harada? Nə zaman? intellektual oyununda Beyləqan, "Xəmsə" intellektual oyununda Şirvan rayonunun gənc intellektualları qalib olublar.
Lənkəran-Astara iqtisadi rayonu üzrə zona turnirində "Vətəni tanı" intellektual oyununda Yardımlı, "Axtar-tap" intellektual oyununda Biləsuvar, "Nə? Harada? Nə zaman?, "Xəmsə" intellektual oyununda Lənkəran şəhərinin gənc intellektualları qalib olublar.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
"Azərbaycanın İntellektual Birİncisi" layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.