Bakıda yük maşını aşdı, tıxac yarandı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.Minval.info-nun xəbərinə görə, qəza paytaxtın Fəhlə prospektində qeydə alınıb. Belə ki, 99 JD 736 dövlət nömrə nişanlı yük maşınının sürücüsü idarəetməni itirərək yolda aşıb. Nəticətə prospektin hər iki tərəfində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.Hadisənin səhər saatlarında baş verdiyi deyilir.Qəza baş verən əraziyə YPX maşını gəlib, faktla bağlı araşdırılma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31