Müşfiq Ələsgərlinin velosipedi oğurlandı

Ötən gün Bakının Bibiheybət qəsəbəsində yerləşən jurnalistlərin binasında, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin velosipedi oğurlanıb.

Bu barədə M.Ələsgərli məlumat verib.

O bildirib ki, oğurluq ikinci mərtəbədə yerləşən evinin qapısı önündə baş verib.

"Velosipedi ikinci mərtəbədə evimin qapısının önündə saxlayırdım. Ötən gün xəbər tutdum ki, velosiped oğurlanıb. Artıq polisə müraciət olunub. Mən polisə güvənirəm. İnanıram ki, velosipedi tapıb qaytaracaqlar. Çünki binadan çəkilən kamera görüntüləri də var. Binanın mühafizə xidməti onu qeydə alıb və kamera görüntüləri polisə təqdim edilib".

Demokrat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31