Sürücünün diqqətsizliyi FACİƏYƏ səbəb oldu - DƏHŞƏTLİ QƏZA

Hindistanın Himaçal-Pradeş ştatında ağır yol nəqliyyat hadisəsi olub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, sərnişin avtobusunun körpüdən çaya düşməsi nəticəsində azı 9 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilir. Hadisə Sirmaur vilayətində baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus körpünün hasarını qıraraq 12 metr hündürlükdən çaya düşüb.

Yerli polis orqanlarının rəyinə görə, qəza sürücünün diqqətsizliyi üzündən baş verib. Şahidlər bildirib ki, sürücü sürət həddini aşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31